Bank əməliyyatları, kredit müqavilələri və maliyyə tənzimləməsi üzrə hüquqi xidmət.
Xidmət haqqında
Azərbaycan maliyyə sektoru üstün olaraq banklar tərəfindən tutulub — onlar maliyyə gəlirlərinin təxminən 95 faizini təşkil edir. Banklarla yanaşı, kredit və kiçik maliyyə təşkilatları da (bank olmayan kredit təşkilatları daxil olmaqla) ölkənin maliyyə bazarında mühüm rol oynayır.
Bank və maliyyə bazarı Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə və nəzarət edilir; bu orqan həm də ölkənin pul siyasətini və ödəniş sistemlərini tənzimləyir. 2016–2019-cu illərdə qısa müddət ərzində mövcud olan Maliyyə Bazarlarına Nəzarət Palatası mərkəzi tənzimləyici kimi fəaliyyət göstərib. Palatanın ləğvindən sonra idarəetmə və nəzarət funksiyası yenidən Azərbaycan Mərkəzi Bankına həvalə edilib.
Azərbaycan bank hüququ və maliyyə bazarlarının tənzimlənməsi
Mülki Məcəllədən əlavə, bu sahə əsasən aşağıdakı qanunvericiliklə və Mərkəzi Bank tərəfindən qəbul edilən qərarlarla tənzimlənir:
- Banklar haqqında Qanun
- Bank olmayan Kredit Təşkilatları haqqında Qanun
- Azərbaycan Mərkəzi Bankı haqqında Qanun
- Qiymətli Kağızlar Bazarı haqqında Qanun
- Sığorta haqqında Qanun
- Valyutanın Tənzimlənməsi haqqında Qanun
- İnvestisiya Fondları və İnvestisiya Fəaliyyəti haqqında qanunlar
HRTime Consulting MMC bank və maliyyə hüququ üzrə ixtisaslaşmış komanda kimi yerli və beynəlxalq banklar, bank olmayan kredit təşkilatları, sığorta və investisiya şirkətlərinə hüquqi və vergi məsləhəti göstərir.
Bank və maliyyə hüquq xidmətlərimiz
- Bank, bank olmayan kredit təşkilatı, investisiya fəaliyyəti və sığorta lisenziyasının alınması üçün məsləhət
- Kredit müqavilələrinin hazırlanması və imzalanması zamanı hüquqi təmsilçilik, kreditin təminatı üzrə məsləhət
- Bank və bank olmayan kredit təşkilatlarının filial və nümayəndəliklərinin birləşməsi, ayrılması, yenidən qurulması və ləğvi
- Qiymətli kağızlar barədə müqavilələr, onların qeydiyyatı və ipoteka müqavilələri
- Veksel, çek, səhmdar, istiqraz, bank qarantiyası, kredit məktubu və ümumi kapital bazarına dair yerli tələblər barədə məsləhət
- Qarşı tərəfin due diligence yoxlanışı və yerli borcalanlar üzrə məsləhət
- Xarici və beynəlxalq borcverənlərə kredit müqavilələri, kredit rəsmiləşdirilməsi və əlaqəli qiymətli kağızlar müqavilələri barədə hüquqi məsləhət
- Kriptovalyutanın tənzimlənməsi və kriptovalyutadan əldə edilən gəlir üzrə vergi qoymanın təsiri barədə məsləhət
- Bankla əlaqəli məhkəmə prosesləri və ləğv olunmuş banklar qarşısında müştərilərin təmsil olunması
Tamamladığımız layihələrdən nümunələr
- Azərbaycanda ilk bank birləşməsi zamanı (Atabank – CDB Bank) Atabankın səhmdarlarının təmsil olunması
- BƏƏ əsaslı borc şirkəti ilə bağlanan çoxmilyonluq borc müqaviləsində yerli borcalanlara məsləhət
- Borclar üzrə pul transferinin tətbiqi və təsirləri barədə yerli borcalan və aidiyyəti şəxslərə məsləhət
- Xarici borcverən fond və «FINCA Azərbaycan» bank olmayan kredit təşkilatı ilə çoxmilyonluq borc müqaviləsi üzrə hüquqi rəy
- Pakistan Milli Bankının Azərbaycan filialının bank hüququ üzrə suallarına hüquqi rəy
- İdxal olunan kapital aktivləri barədə BTB Bank-a məsləhət
- Xarici müştərilərə lisenziya kriteriyaları, onlayn bank, elektron pul sisteminin hüquqi statusu və kriptovalyutanın tənzimlənməsi barədə məsləhət
- Bank lisenziyasının ləğvi nəticəsində yaranan 10 milyon avroluq mübahisədə AG Bank qarşısında xarici onlayn ödəniş sistemlərinin təmsil olunması