


HRTime Consulting MMC peşəkar hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən yaradılmış, Bakının mərkəzində yerləşən Azərbaycanda aparıcı hüquq şirkətlərindən biridir. Mütəxəssislərimiz yerli nüfuzlu şirkətlərdə, hüquq firmalarında və Vergilər Nazirliyi, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi kimi dövlət qurumlarında geniş təcrübəyə malikdir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Biz müxtəlif xarakterli hüquq, vergi, mühasibatlıq, miqrasiya xidmətləri göstərir, habelə Azərbaycan hüququ ilə bağlı geniş çeşidli konsultasiya veririk. Peşəkarlıqdan əlavə, xidmətlərimizin üstünlüyü çevik, praktik yanaşma və Bakıdakı digər reytinqli şirkətlərlə müqayisədə uyğun qiymətlərdir.
Hüquq və vergi təcrübəmiz Legal 500, IFLR 1000, Chambers & Partners, International Tax Review kimi beynəlxalq reytinq təşkilatları tərəfindən tanınmışdır. Daha ətraflı məlumat üçün xidmətlərimiz bölməsinə baxın.
Azərbaycanın aparıcı hüquq şirkətlərindən biri kimi biznesin formalaşdırılması və hüquqi şəxslərin yaradılması, korporativ və kommersiya razılaşmaları, müqavilələr, immiqrasiya, məşğulluq, məhkəmə mübahisələri, vergi məsləhətçiliyi və mühasibat xidmətləri üzrə geniş təcrübəyə malikik.
Neft və qaz (xüsusilə HPB müqavilələri və Hökümətlərarası Sazişlər), enerji və təbii ehtiyatlar, bərpa olunan enerji, maliyyə və bankçılıq, İKT, tikinti, otelçilik, sənaye istehsalı, kənd təsərrüfatı, təhsil, peşəkar xidmətlər və pərakəndə satış daxil olmaqla bir çox sahədə məsləhət göstəririk.
Azərbaycanda iri xarici biznesləri, o cümlədən Fortune 500 şirkətlərini və 40-a yaxın ölkədən transmilli müəssisələri təmsil edən azsaylı hüquq firmalarından biriyik.
Ənənəvi hüquq şirkətlərindən fərqli olaraq «bir pəncərə» prinsipi əsasında hüquq xidmətlərimizi vergi və mühasibatlıq dəstəyi ilə tamamlayırıq. Vergi məsləhətlərinin mühasibat uçotu ilə birgə icrası təcrübəyə əsaslanan xidmətlərimizə əlavə dəyər qatır.
Bu vebsayt «HRTime Consulting» MMC (sonradan «Şirkət» adlandırılacaq) tərəfindən idarə olunur. Şirkət 12.04.2022 tarixində 1102657261 nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Hüquqi ünvan: Yasamal rayonu, Sharifzade 201A, AZ1073, Bakı, Azərbaycan.
Aşağıdakı bəyanat, məsuliyyətdən imtina və bildirişlər bu vebsaytda və korporativ e-poçt ünvanlarımız vasitəsilə təqdim edilən bütün məlumatlara tətbiq edilir. Vebsaytdan və/və ya Şirkət xidmətlərindən istifadə bu Hüquqi Bəyanatın məzmununa razılığınızı bildirir. Məzmun istənilən vaxt xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
Bu vebsaytda əks olunan məlumat yalnız informasiya məqsədlidir və heç bir halda hüquqi məsləhət və ya peşəkar fikir kimi qəbul edilməməlidir.
Şirkət vebsaytdakı məlumatlardan istifadə, onunla bağlı hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşımır. Hər hansı addım atmadan əvvəl peşəkar məsləhət alınması tövsiyə olunur.
Şirkət vebsaytda və ya e-poçtlarda istinad edilən məlumatların və ya xarici linklərin doğruluğuna zəmanət vermir. Vebsayt məzmunu konkret nəticəyə zəmanət kimi şərh edilə bilməz.
Müasir informasiya təhlükəsizliyi nəzərə alınmaqla, vebsayt və ya e-poçt vasitəsilə məlumat mübadiləsinin tam təhlükəsizliyinə zəmanət verilmir.
Vebsaytdan və e-poçt mübadiləsindən istifadə zamanı şəxsi məlumatlar toplana bilər. Bu məlumatlar xidmətlərin göstərilməsi, vebsaytın yenilənməsi və təhlükəsizliyi, əlaqə və qanunvericiliyə riayət məqsədilə istifadə olunur. Məlumatlar zəruri müddət ərzində saxlanılır.
Şəxsi məlumatları üçüncü şəxslərə satmırıq. Yalnız Şirkət daxilində və ya xidmət göstərmək üçün zəruri hallarda məsləhətçi və ekspertlərlə paylaşılır.
Şəxsi məlumatların toplanmasına etiraz etmək və «Fərdi Məlumatlar haqqında» Qanunla verilən digər hüquqlardan istifadə etmək hüququnuz var.
Vebsayt istifadəsi zamanı cihazınıza cookie faylları göndərilə bilər. Bəziləri vebsayt üçün zəruridir, digərləri istifadəni asanlaşdırmaq üçündür. Bəziləri Google Analytics və ya oxşar xidmət təminatçıları tərəfindən istifadə oluna bilər.
Cookie-ləri cihazınızdan silə və ya suallarınız olduqda bizimlə əlaqə saxlaya bilərsiniz.
HRTime Consulting MMC
E-poçt: info@hrtime.az
Mobil: (+994) 50 212 73 06
Hüquqi ünvan: Yasamal rayonu, Sharifzade 201A, AZ1073, Bakı, Azərbaycan
VÖEN: 1102657261